Wednesday, 15 October 2014

AZƏRBAYCANDA ALMA BAYRAMI KEÇİRİLƏCƏK

Qubada Alma Bayramı keçiriləcək - Eksklüziv xəbər

Qubada "Alma Bayramı-2014" 22 oktyabr tarixində keçiriləcək. Məlumat SOSTV-nin şimal bölgə müxbirinə Quba RİH-dən verilib. Bildirilib ki, bayram Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutacaq. Bayramda müxtəlif alma növlərinin nümayiş olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu bayram ilk dəfə Qubada 2012-ci ildə keçirilib.

Tural Nəsirov